Avtomobildən pul, maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Oxunma sayı: 444
Hadisə       30 İyun 2020, 15:36
Avtomobildən pul, maqnitofon oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda oğurluqla məşğul olan şəxslər tutulublar.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a verilən məlumata görə, aprelin 22-də və mayın 8-də Binəqədi rayonu ərazisində bir avtomobildən pul, maqnitofon və vətəndaşa məxsus velosipedi oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ə.Mehdiyev rayon polis idarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində yaxalanıb.

 

Yasamal Rayon Polis İdarəsi 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə iyunun 25-də Bakı şəhər sakini olan R.Tarverdiyevin mobil telefonunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini Ü.Qurbanov saxlanılıb.

 

Faktlarla bağlı tədqiqat davam edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar