MSK-nın yeni tərkibi payızda formalaşdırılacaq

Oxunma sayı: 365
Cəmiyyət       30 İyun 2020, 17:12
MSK-nın yeni tərkibi payızda formalaşdırılacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Mərkəzi Seçki Komissiyası üzvlərinin və əvəzedici üzvlərin seçilməsi haqqında” qanun layihəsi Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.


Azmedia.az xəbər verir ki, bu barədə “Report”a Milli Məclisdən məlumat verilib.


Milli Məclisdə deputatları çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasından “Report”a bildirilib ki, MSK-nın 6 üzvü YAP-ı təmsil edəcək: “Üzvlüyə namizədlərlə bağlı məsələ isə partiya tərəfindən payızda müzakirə olunacaq”.


Qeyd edək ki, MSK 18 üzvdən ibarətdir və Milli Məclis tərəfindən seçilir.


Seçki Məcəlləsinə əsasən, komissiyanın 6 üzvü deputatları Milli Məclisdə çoxluq təşkil edən və onların namizədliklərini təqdim edən siyasi partiyanı təmsil edir. 6 üzvü bitərəf deputatları, 6 üzvü deputatları Milli Məclisdə azlıq təşkil edən siyasi partiyaları təmsil edir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar