Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub

Oxunma sayı: 375
Ölkə       30 İyun 2020, 19:14
Azərbaycan və Ermənistan XİN rəhbərlərinin videokonfrans formatında görüşü baş tutub

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Ermənistan Xarici İşlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrləri ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi iştirakı ilə videokonfrans formatında görüşü baş tutub.

 

 

Xarici İşlər Nazirliyindən Azmedia.Az-a verilən məlumata görə, bir saat davam edən videokonfransda tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin cari vəziyyətini müzakirə etdilər.

 

 

Nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində həyata keçirilən qeyri-qanuni fəaliyyət, o cümlədən infrastruktur dəyişiklikləri məsələsini qaldırdı.

 

 

Həmsədrlər son zamanlar aqressiv ritorikanın artdığını qeyd etdilər. Nazir Elmar Məmmədyarov Ermənistanın təxribat xarakterli hərəkətlərinin ritorikanın alovlanmasına gətirdiyini vurğuladı.

 

 

Tərəflər qarşıdan gələn ay ərzində Minsk Qrupunun həmsədrlərin vasitəçiliyi və iştirakı ilə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin növbəti videokonfrans formatında görüşünün təşkilinə razılaşdılar.

 

 

Həmçinin həmsədrlər nazirlərin birbaşa təmaslarının imkan olan ilk fürsətdə təşkili imkanlarını araşdıracaqlarını qeyd etdilər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar