Cennifer Lopez toyunu harda edəcək? - bəlkə "Tik-Tok"-da olsun

Oxunma sayı: 985
Xarici       4 İyul 2020, 22:46
Cennifer Lopez toyunu harda edəcək?    - bəlkə "Tik-Tok"-da olsun

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Pandemiya səbəbi ilə elan edilən karantin, sevgilisi - Aleks Rodriqes ilə inanılmaz evlilik arzusunda olan 50 yaşlı Cennifer Lopezin səbrini tükədib 


Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, yaxın gələcəkdə Aleks ilə toy oynamaq ümidini itirən müğənni bundan sonra daha çox vaxt itirmədən, uşaq dünyaya gətirmək qərarına gəlib. Gənc olmamasına baxmayaraq, müğənni nəyin bahasına olursa-olsun nişanlısına oğlan və ya qız vermək istəyir.

 

Bir müddət əvvəl Cey Lo müsahibələrin birində deyib ki: "Aleks ilə tanış olub ona aşiq olduqdan sonra daha çox uşaq sahibi olmaq istədiyini başa düşdüm". 

 

Məsələn, keçən il "People" jurnalına verdiyi müsahibədə, ondan bir övlad sahibi olmaq istəməsinə dair bir suala cavabında etiraf edib: "Allahın bu mövzuda nə planı olduğunu bilmirəm, amma sınamaq istərdim."

 

Görünür, yenidən ana olmaq arzusu Rodriqesin şəxsində özünə həyat yoldaşı tapması ilə daha da güclənib: “Aleks və mən bir-birimizə bənzəyirik. Biz çox oxşayırıq - ambisiyalarımızda, drayvımızda və həyata münasibətdə" - deyə holivud ulduzu etiraf edib.

 

Pandemiya səbəbi ilə qeyri-müəyyən vaxta təxirə saldıqları toya gəlincə, çütlük 1 milyon dollardan çox pul xərcləyərək böyük miqyasda toy etmək istəyirlər. Lakin izolyasiya vəziyyətində etmək üçün bir yol tapa bilmirlər. Hər iki sevgili müxtəlif ideyalar düşünüb. Beləliklə, Aleks qonaqlardan toylarında gəldikləri avtomobillərdə qalmalarını xahiş etməyi - sosial məsafəni pozmamaq üçün, Cey Lo isə ümumiyyətlə toyu "Tik-Tok"-da qeyd etmək fikrini irəli sürüb.

 


 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar