Bakıda yataqxanada yaşayan qadının evindən 15 min manat oğurlanıb

Oxunma sayı: 615
Hadisə       9 İyul 2020, 09:24
Bakıda yataqxanada yaşayan qadının evindən     15 min manat oğurlanıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda qadının evindən oğurluq olub.

 

Azmedia.az-ın məlumatına görə, Yasamal rayonu, A. Şərifzadə küçəsində yerləşən universitet yataqxanalarının birində yaşayan qadının mənzilindən pəncərəni sındırmaq yolu ilə 15 min manat pul, 300 manat dəyərində velosiped və məişət əşyaları oğurlanıb.

 

Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində  oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Naib Abdullayev, 1993-cü il təvəllüdlü Mehman Əlixananov, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü İmran Əlixananov müəyyən olunaraq tutulublar. 

 

Faktla bağlı cinayət işi başlanıb.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar