Polis istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi - FOTO

Oxunma sayı: 617
Ölkə       9 İyul 2020, 11:41
Polis istirahət mərkəzlərinin sahiblərinə xəbərdarlıq etdi       - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azmedia.az xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları karantin rejimi qaydalarının təmin olunması məqsədilə rayon ərazisində tədbirləri davam etdirir.

 

Polis əməkdaşları rayon ərazisində yerləşən istirahət mərkəzlərinə baş çəkib, həmin obyektlərin sahibləri ilə maarifləndirici söhbətlər aparıblar.

 

Operativ qərargahın tələb və tövsiyələrinə istirahət mərkəzlərində də ciddi riayət edilməsinin vacibliyi həmin sahibkarların diqqətinə çatdırılıb. İnsanların bir yerə toplaşmasının qarşısının alınması, qapalı məkanlarda tibbi maskalardan istifadə edilməsi, eləcə də, digər sosial izolyasiya qaydalarının təmin olunmasının zəruriliyi onlara bildirilib. 

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar