Tokioda rekord yolxuma qeydə alındı

Oxunma sayı: 499
Dünya       9 İyul 2020, 13:25
Tokioda rekord yolxuma qeydə alındı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ötən gün ərzində Yaponiyanın paytaxtı Tokioda 224 nəfərdə koronavirusa yoluxma faktı aşkarlanıb.


Azmedia.az xəbər verir ki, bu şəhərdə bu günə qədər qeydə alınan ən yüksək günlük yoluxma sayıdır. Sonuncu belə göstərici aprelin 17-si 206 yoluxma faktının aşkarlanması ilə qeydə alınıb.


May ayının sonundan etibarən Tokio və ölkənin digər bölgələrində fövqəladə vəziyyət rejimi ləğv olunub. Son bir həftə ərzində isə ölkədə günlük yoluxma sayının artım tempi sürətlənib.


Qeyd edək ki, Yaponiyada ümumilikdə 20 174 insan koronavirusa yoluxub, 980 nəfər xəstəlik səbəbindən həyatını itirib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar