De Byazidən Azərbaycan millisi ilə bağlı açıqlama

Oxunma sayı: 507
İdman       9 İyul 2020, 14:50
De Byazidən Azərbaycan millisi ilə bağlı açıqlama

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Hazırkı vəziyyət barədə heç nə bilmirəm. Özüm də İtaliyada deyiləm”.


Azmedia.az xəbər verir ki, bu sözləri Futbolinfo.az saytına açıqlamasında Azərbaycan yığmasının baş məşqçisi olmağa ən yaxın namizəd Canni de Byazi deyib.


O, sabah AFFA İcraiyyə Komitəsinin iclasında qərar verildikdən sonra onunla əlaqə saxlanılacağını bildirib: “Sabah AFFA-nın videokonfrans formatında iclası olacaq. Qərar verildikdən sonra mənimlə əlaqə saxlanılacaq. Hazırki vəziyyətdə heç bir informasiyaya malik deyiləm. Bildiyim tək odur ki, yalnız 2 namizəd var. Eşitdiyim qədər namizədlərdən biri mən, biri isə yerli mütəxəssisdir. Bəlkə də bu şaiyədir, lakin məndə bu cür məlumat var. Hazırda AFFA-nın qərarını gözləyirəm”.


Əldə etdiyimiz məlumata görə de Byazi hazırda Bakıdadı. Onun İtaliyada olmadığını dilə gətirməsi də bu xəbərin təsdiqidi. İtaliyalının dediyi kimi, millimizin baş məşqçipostuna iki namizəd qalıb – o və hazırkı köməkçi məşqçi Arif Əsədov.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar