Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edildi FOTO

Oxunma sayı: 553
Cəmiyyət       9 İyul 2020, 15:28
Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edildi        FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyulun 9-da "Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində alınmış nəqliyyat vasitələrinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən Dövlət Gömrük Komitəsinə təhvil verilməsi mərasimi keçirilib.


Azmedia.az xəbər verir ki, onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti iştirak ediblər.


Qarşılıqlı çıxışlardan sonra görüşdə yeni Gömrük Məcəlləsinin layihəsinin hazırlanması, Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin strukturunun təkmilləşdirilməsi və maddi-texniki təchizatı, DGK Akademiyasının tədris proqramının təkmilləşdirilməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.


Sonda Azərbaycan və Gürcüstan arasında "Qırmızı Körpü" sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi çərçivəsində Dövlət Gömrük Komitəsinə 10 ədəd avtomobil təqdim edilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar