Nazirlik DİN-in keçirdiyi əməliyyatla bağlı açıqlama yaydı

Oxunma sayı: 711
Cəmiyyət       9 İyul 2020, 16:00
Nazirlik DİN-in keçirdiyi əməliyyatla bağlı açıqlama yaydı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

“Bəzi kütləvi informasiya vasitələrində hüquq-mühafizə orqanlarının Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxslərinə qarşı əməliyyat keçirilməsi barədə əsassız məlumatlar yayılıb. Media nümayəndələrinin nəzərinə çatdırmaq istəyirəm ki, qeyd olunan əməliyyat aqrar sahəyə ayrılmış subsidiyaların mənimsənilməsində şübhəli bilinən özəl sektorun vəzifəli şəxslərinə qarşı keçirilir”.

 

Azmedia.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov deyib.

 

V. Hüseynov bildirib ki, əməliyyatda Daxili İşlər Nazirliyinin müvafiq strukturları ilə birlikdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin əməkdaşları da iştirak edir. Əməliyyatın təfərrüatları ilə bağlı birgə məlumat yayılacaq.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar