"Qarabağ" Qəbələyə Emil Balayev və legionerlərlə yollanır

Oxunma sayı: 497
İdman       9 İyul 2020, 16:50
"Qarabağ" Qəbələyə Emil Balayev və legionerlərlə yollanır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bir neçə gün öncə xüsusi təyyarə ilə İspaniyaya yollanmış "Qarabağ"ın legionerləri Xayme Romero və Miçel Madera komandanın Qəbələ toplanışında iştirak edəcəklər.


Azmedia.az xəbər verir ki, bu barədə "Report"a klubdan bildirilib.


İspaniyalı yarımmüdafiəçilərin Bakıya nə vaxt qayıdacaqları dəqiq bilinmir. Onların toplanışa koronavirus pandemiyası ilə əlaqədar bir qədər gec qoşulacaqları istisna edilmir.


"Qarabağ" Çempionlar Liqasının hazırlığına əvvəldən nəzərdə tutulduğu kimi iyulun 11-də deyil, 14-də başlamağı planlaşdırır. Komanda üzvləri koronavirus testindən keçəcəkləri üçün toplanışın vaxtında dəyişiklik olub.


Hazırlıq prosesinə "Zirə" ilə müqaviləsi başa çatan Emil Balayev də qoşulacaq. Azərbaycan millisinin qapıçısı ilə bütün məsələlərdə razılıq əldə olunub və yalnız münasibətlərin rəsmiləşməsi qalıb. Rəsmi müqavilə yaxın günlərdə imzalanacaq.

Qeyd edək ki, mövsümün sonunda Maqaye Qeye, Ailton Silva, Faysal Rerras, Vaqner Silva, Nicat Süleymanov və Nicat Mehbalıyevlə yollarını ayıran "Qarabağ"da kapitan Rəşad Sadıqov karyerasını başa vurub. Ağdamlılar hələlik Portuqaliyanın "Şaveş" klubundan kolumbiyalı müdafiəçi Kevin Medinanı, sabiq futbolçusu, ötən mövsümü "Neftçi"də keçirmiş haitili cinah oyunçusu Donald Geryeni və "Sumqayıt"da icarə müddəti başa çatan Elvin Cəfərquliyevi heyətinə qatıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar