Avropa Şurası Gender Bərabərliyi Komissiyasının iclası keçirilib

Oxunma sayı: 573
Cəmiyyət       9 İyul 2020, 17:12
Avropa Şurası Gender Bərabərliyi Komissiyasının iclası keçirilib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclası keçirilib. 


Azmedia.az xəbər verir ki, videokonfrans formatında keçirilən iclasda 2018-2023-cü illər Gender Bərabərliyi Strategiyası, COVID-19  pandemiyasının yaratdığı böhranın qadınlar və gender bərabərliyinə təsiri və digər mövzular müzakirə edilib. 


Tədbirdə iştirak edən  Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) direktoru, Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) gender bərabərliyi üzrə məruzəçisi Şəfəq Hüseynli çıxış edib. Ş. Hüseynli bildirib ki, antidopinq sahəsində son illərdə gender bərabərliyinin təmin olunmasında tərəqqi nəzərə çarpsa da, effektiv bərabərliyin təmin edilməsi üçün fəaliyyətin gücləndirilməsinə ehtiyac var.


Yeri gəlmişkən, Şəfəq Hüseynli Avropa Şurasının CAHAMA çərçivəsində “Antidopinq Sahəsində Gender Bərabərliyinin İnkişafı” layihəsinə başlamışdır. Layihənin əsas məqsədi antidopinq sahəsində gender bərabərliyini dəstəkləməkdir. Bu layihənin icrası antidopinq təşkilatlarında gender balansı ilə bağlı  vəziyyətin və qərarların qəbul edilməsində gender bərabərliyinin nəzərə alınma səviyyəsinin öyrənilməsinə şərait yaradacaq və qarşıya çıxan problemlərin həllinə imkan verəcək.


İki günlük tədbirin sonunda Avropa Şurası Gender Bərabərliyi Komissiyasının 17-ci iclasının yekununa dair sənəd qəbul edilib.


Xatırladaq ki, AMADA-nın direktoru Şəfəq Hüseynli ötən ilin oktyabrında Avropa Şurasının Ümumdünya Antidopinq Agentliyi ilə iş üzrə xüsusi Avropa Komitəsinin (CAHAMA) 48-ci iclasında qəbul edilmiş qərara əsasən Avropa Şurasının gender bərabərliyi üzrə məruzəçisi seçilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar