Oğuza istirahətə gedənlər cəzalandırıldı - FOTO

Oxunma sayı: 508
Cəmiyyət       9 İyul 2020, 17:38
Oğuza istirahətə gedənlər cəzalandırıldı     - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən sərtləşdirilmiş karantin rejimi elan olunan şəhər və rayonlardan icazələri olmadan, qaydaları pozaraq istirahətə gedən şəxslərin müəyyən edilməsi məqsədilə reyd keçirilib.

 

Azmedia.az  xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

 

Bildirilib ki, polis əməkdaşları tərəfindən istirahət mərkəzlərində, gündəlik kirayə evlərdə və hotellərdə keçirilən reyd zamanı icazələri olmadan, qaydaları pozaraq sərtləşdirilmiş karantin rejimi elan edilən rayonlardan Oğuza gedərək istirahət edən şəxslər müəyyən edilib.

 

Onların barələrində qanunauyğun tədbirlər görülüb.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar