Rusiyada narkotik maddə satışı ilə məşğul olmaq istəyən azərbaycanlını 20 ilə qədər həbs gözləyir

Oxunma sayı: 490
Cəmiyyət       9 İyul 2020, 20:33
Rusiyada narkotik maddə satışı ilə məşğul olmaq istəyən azərbaycanlını     20 ilə qədər həbs gözləyir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Rusiyanın Levoberejnı rayon məhkəməsində 42 yaşlı Azərbaycan vətəndaşının cinayət işinə baxılacaq.

 

Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın məlumatına görə, saxlanılan şəxs 2019-cu ilin noyabrında Sankt-Peterburqdan Voronejə hərəkət edən marşrut avtobusu ilə bir kiloqrama yaxın heroin gətirib. O, narkotik vasitəni Voronej şəhərində satmağı planlaşdırıb.

 

Hazırda 42 yaşlı kişi Rusiya Federasiyasının Cinayət Məcəlləsinin “böyük ölçüdə narkotik vasitələrin qanunsuz saxlanılması və ya satışı” maddəsi ilə təqsirli bilinir.

 

Cinayət əməli məhkəmədə öz təsdiqini taparsa, təqsirləndirilən şəxsi 20 ilə qədər həbs cəzası gözləyir.

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar