Bakını üfunətə qərq edən Böyükşor gölündə təmizlik işlərinə başlanılıb VİDEO

Oxunma sayı: 377
Cəmiyyət       9 İyul 2020, 21:18
Bakını üfunətə qərq edən Böyükşor gölündə təmizlik işlərinə başlanılıb    VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bir neçə gün əvvəl “Sobsan” boya fabrikində baş vermiş yanğın zamanı kimyəvi maddələrlə qarışmış suyun Böyük Şor gölündə yaratdığı fəsadların aradan qaldırılması üçün Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə müvafiq işlərə başlanılıb. İşlər Baş nazirin birinci müavini Yaqub Eyyubov tərəfindən nəzarətə götürülüb. 

 

Azmedia.az oxu-az-a istinadən xəbər verir ki, artıq bu gündən etibarən Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər Nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən gölün üzərində yaranmış qatı çirkab örtüyün təmizlənməsi işlərinə başlanılıb. 

 

Fövqəladə Hallar Nazirliyinin Xəzər Hövzə Qəza-Xilasetmə Xidmətinin müvafiq texnikası Böyük Şor gölünə gətirilib. Xidmət tərəfindən, ilk növbədə, gölün çirkab qatının toplandığı hissəsi bon çəpəri ilə məhdudlaşdırılıb. Gün ərzində görülmüş tədbirlər sayəsində 14 ton çirkab maddə yığılaraq ərazidən kənarlaşdırılıb.

 

Ümumilikdə Xidmət tərəfindən gölün çirkab qatının toplandığı hissəsinin, təqribən, 50 faizində işlər yekunlaşdırılıb. İşlərin qısa müddətdə tamamlanması üçün zəruri tədbirlər davam etdirilir.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar