Facebook-a qarşı kütləvi boykot davam edir - Zuckerberg 7 milyard itirib

Oxunma sayı: 358
Dünya       9 İyul 2020, 21:35
Facebook-a qarşı kütləvi boykot davam edir -      Zuckerberg 7 milyard itirib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Kanadada yerləşən 5 ən böyük bank da Feysbuk sosial şəbəkəsini irqçilik, zorakılıq və yanlış məlumatların yayılması ilə ciddi mübarizə aparmamaqda ittiham edərək, sözügedən şəbəkənin beynəlxalq boykotuna qoşulub.

 

Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, aksiya ABŞ-ın polis vəhşiliyinə qarşı etirazları və irqi dözümsüzlük təzahürləri ilə birbaşa bağlıdır.

 

Mütəxəssislərin fikrincə, Şimali Amerika şirkətləri tərəfindən atılan bu addım müştəri sədaqətini qorumaqla, qeyri-sabit vəziyyətdə düzgün davranış yolunu tapmaq cəhdidir.

 

Scotiabank, RBC, CIBC, BMO və TD kimi məşhur banklarda bir aydır ki, şəbəkə platformasındakı reklamları donduracaqlarını söyləyiblər.

 

Ölkənin ən böyük kredit ittifaqları federasiyası "Desjardins Group" da aksiyaya qoşularaq, Facebook və İnstaqramdakı reklamlarını dayandıracaq. Boykot insan haqları qurumları, o cümlədən, "Anti-Defamation League" və "National Association for the Advancement of Colored People" tərəfindən təşkil edilib.

 

#StopHateForProfit adlı aksiya, böyük marka və şirkətləri, irqçiliyin, zorakılığın və yanlış məlumatların yayılması ilə mübarizə üçün yetəri qədər tədbir görmədiyi iddia edilən sosial şəbəkələrlə işlərini dayandırmağa çağırır.

 

Kampaniya iştirakçıları iddia edirlər ki, Facebook şirkəti may ayının sonundan başlayan etiraz aksiyalarının üzvlərinə qarşı öz platformasında zorakılığa çağırışları yerləşdirməyə imkan verir.

 

Buna nümunə olaraq isə mayın 25-də afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsi videosunun şəbəkədə nümayişi göstərilib. Etirazçılar "sistematik irqçiliyə" və guya ABŞ-da hökm sürən "ağ üstünlük" mədəniyyətinə qarşı çıxırlar.

 

Aksiyaçılar sosial şəbəkəni "tanınmış ağ millətçilərlə işlədiyi" iddia edilən Breitbart News və Daily Caller kimi xəbər portalları ilə əməkdaşlıq etdiyini də qeyd edirlər. Eyni zamanda, bu portalların hər ikisi Respublika Partiyasının tərəfdarlarına yönəlmiş və Prezident Tramp-ı dəstəkləyən xəbər nəşrləridir.

 

Adidas, Reebok, Puma, North Face və Levi Strauss kimi geyim istehsalçıları, Coca-Cola, Unilever və Starbucks qida şirkətləri, həmçinin İT və mobil nəhənglər Microsoft, HP və Verizon da daxil olmaqla bir sıra böyük korporasiyalar da aksiyaya qatılıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar