Yaponiya kosmik tullantıları lazerlə məhv edəcək

Oxunma sayı: 86
Dünya       9 İyul 2020, 22:10
Yaponiya kosmik tullantıları     lazerlə məhv edəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Yaponiyanın "JSAT" peyk şirkəti lazerin köməyi ilə kosmik tullantıların aradan qaldırması üzrə planlarını açıqlayıb.

 

Azmedia.az Milli.az-a istinadən bildirir ki, şirkət lazerlə təchiz edilmiş, kosmik tullantıları məhv etməyə kömək edəcək peyki 2026-cı ildə orbitə göndərməyi planlaşdırır.

 

İlk işlər aktiv peyklərlə rastlaşa bilmə ehtimalı olan tullantıların kiçik fraqmentləri üzərində aparılacaq.

 

Zəif lazerlə təchiz edilmiş peyk tullantıları qısa impulslar vasitəsilə hədəfə alır. Bu üsulla tullantıların hər parçasının müəyyən kiçik hissəsinin əridilməsi planlaşdırılır.

 

Beləliklə, kosmik tullantı öz trayektoriyasını dəyişdirəcək və Yer kürəsinin atmosferinə doğru hərəkət edərək burada tamamilə yanacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar