“Neftçi”də yeni məşqçi təyinatı

Oxunma sayı: 505
İdman       10 İyul 2020, 10:23
“Neftçi”də yeni məşqçi təyinatı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Neftçi” klubunun məşqçilər korpusunda yeni təyinat olub.

 

Azmedia.az  klubun rəsmi saytına istinadən xəbər verir ki, Vadar Nuriyev əsas komandada köməkçi məşqçi vəzifəsini yerinə yetirəcək. 47 yaşlı mütəxəssislə 1 illik müqavilə bağlanıb.


Qeyd edək ki, 1998 - 2001-ci illərdə "Neftçi”nin heyətində 46 oyun keçirmiş Vadar Nuriyev 1999-cu ildə Azərbaycan Kubokunun qalibi olub. 2018-ci ildə əvəzedici komandamızın baş məşqçisi olmuş Nuriyev "İnter”in əvəzedici və U-19 komandalarında, eləcə də "Olimpik-Şüvəlan”ın əvəzedicilərində baş məşqçi, 19 yaşlılardan ibarət Azərbaycan millisində, AZAL, MOİK və "Keşlə” klublarında isə baş məşqçinin köməkçisi vəzifəsində çalışıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar