Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar

Oxunma sayı: 513
Yerli       10 İyul 2020, 10:32
Canəli Əkbərovu oğlunun dəfninə buraxmadılar

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xəbər verdiyimiz kimi, dünən gecə Azərbaycanın Xalq artisti Canəli Əkbərovun oğlu Asəf Əkbərov vəfat edib.
 
 
Azmedia.az-ın məlumatına görə, mərhumun nəşi bu gün səhər saatlarında doğulub boya-başa çatdığı Lənkəran rayonu Tükəvilə kəndinə aparılıb. 
 
 
Canəli Əkbərovun qız nəvəsi Günel Əkbərova “MediaPost”a açıqlamasında dayısının qaraciyər çatışmazlığından dünyasını dəyişdiyini bildirib: “Uzun müddət idi, Asəf Əkbərov müalicə alırdı. Son zamanlar müalicəsi ev şəraitində aparılırdı. Həkimlər dayımın qara ciyərinin metastaz verdiyini bildirmişdilər. Dünən axşam qan qusaraq dünyasını dəyişdi”.
 
 
Günel Əkbərova babasının dəfn mərasimində iştirak etmədiyini də açıqlayıb: “Həkimlər babamın dəfn mərasimində iştirakına icazə vermədilər”. 
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar