Çempionlar Liqası və Avropa Liqasının püşkü atılır

Oxunma sayı: 567
İdman       10 İyul 2020, 10:47
Çempionlar Liqası və Avropa Liqasının püşkü atılır

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün UEFA Çempionlar Liqasında və Avropa Liqasında 2019/2020 mövsümünün sonuncu püşkatması keçiriləcək.


Azmedia.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq mərasim Bakı vaxtı ilə saat 14:00-da start götürəcək.


Qitənin ən nüfuzlu klub turnirində 1/4 final mərhələsinin 4 iştirakçısı artıq məlumdur: "Atalanta" (İtaliya), "Atletiko" (Madrid, İspaniya), "Leyptsiq" (Almaniya) və PSJ (Fransa). Növbəti 4 kollektiv isə 7-8 avqust tarixlərindəki cavab matçlarından sonra bilinəcək. Qarşılaşmalar ev sahibi komandaların meydanlarında oynanılacaq. 1/4 finaldan isə oyunlar Portuqaliyanın paytaxtı Lissabonda "8-lər finalı" formatında keçiriləcək və 1 matçdan ibarət olacaq.


12-15 avqust       18-19 avqust       23 avqust

 1/4 final                 Yarımfinal               Final

 

Avropa Liqasının püşkatması isə Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Bu zaman final oyununun nominal meydan sahibləri də müəyyənləşəcək. Pandemiya ilə əlaqədar 1/8 final mərhələsinin cavab oyunları keçirilmədiyindən komandalar püşkatmaya cütlüklər şəklində qatılacaqlar. Qarılaşmalar Almaniyanın Köln, Düsseldorf, Duysburq və Gelzenkirxen şəhərlərində olacaq. 1/8 finalın oyunları 5-6 avqustda, 1/4 finalın görüşləri isə 10-11 avqustda keçiriləcək. Yarımfinal qarşılaşmaları 16-17 avqustda, final isə 21 avqustda Almaniyanın Köln şəhərində baş tutacaq. Qalib hər mərəhələdə 1 oyunla müəyyənləşəcək, matçlar Bakı vaxtı ilə saat 20:55 və 23:00-da başlayacaq. 1/8 final mərhələsinin baş tutmayan "Xetafe" (İspaniya) - "İnter" (İtaliya) və "Roma" (İtaliya) - "Sevilya" (İspaniya) qarşılaşmaları da 1 oyundan ibarət olacaq.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar