3 tona yaxın qarpız magistrala dağıldı - Bakıya gətirilirdi

Oxunma sayı: 506
Hadisə       10 İyul 2020, 11:15
3 tona yaxın qarpız magistrala dağıldı     - Bakıya gətirilirdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakı-Qazax avtomagistralının Goranboydan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

 

Azmedia.Az  qafqazinfo-ya istinadən xəbər verir ki, üzü Bakıya doğru hərəkətdə olan qarpızla yüklənmiş "Qazel" maraklı avtomobilə, eyni istiqamətdə gedən iritonnajlı yük maşını çırpılıb. Zərbənin gücündən "Qazel" idarəetmədən çıxaraq yol kənarına aşıb. 

 

Daşıdığı qarpızlar isə magistral yola dağılıb. Sürücü Samux rayon sakini Təvəkkül Kərimov qəzanın anidən baş verdiyini bildirib. 

 

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan olmasa da, Samux sakininin əkib-becərdiyi 3 tona yaxın qarpız yola dağılaraq zay olub. 

 

Faktla bağlı araşdırma aparılır.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar