Daşkəsənə istirahətə gedənlər cərimələndi - FOTO

Oxunma sayı: 533
Cəmiyyət       10 İyul 2020, 12:10
Daşkəsənə istirahətə gedənlər cərimələndi      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Ölkə ərazisində elan edilmiş xüsusi karantin rejiminin tələblərini pozaraq məsuliyyətsiz davranışlar sərgiləyən, eləcə də digər rayonlara istirahət üçün üz tutan şəxslərlə bağlı tədbirlər davam etdirilir.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Azmedia.az-a verilən məlumata görə, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin qaydalarını pozaraq, rayon ərazisinə istirahət məqsədi ilə gedənlər aşkarlanaraq məsuliyyətə cəlb olunublar. 

 

Onlar arasında çalışdıqları dövlət idarələri və müəssisələri tərəfindən verilmiş xüsusi icazələrdən istifadə edərək rayona istirahət üçün gedənlər də olub. 

 

Reyd zamanı karantin qaydalarını pozan şəxslər barəsində İXM-nin 211.1-ci maddəsi ilə protokollar tərtib olunaraq, həmin şəxslər inzibati qaydada məsuliyyətə cəlb ediliblər.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar