Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edildi

Oxunma sayı: 522
Cəmiyyət       10 İyul 2020, 13:03
Türkiyəli gəncə Azərbaycan bayrağı hədiyyə edildi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Dünya bayraqlarının kolleksiyasını toplayan 15 yaşlı Türkiyə vətəndaşı Ali Mert Tunç Azərbaycan Müdafiə Nazirliyinə müraciət edərək Azərbaycan bayrağının ona hədiyyə edilməsini xahiş edib.


Azmedia.az xəbər verir ki, nazirin tapşırığına əsasən Azərbaycan Silahlı Qüvvələrinin Türkiyə Respublikasındakı Hərbi attaşesi polkovnik Müşfiq Məmmədov ölkəmizin Ankara şəhərindəki səfirliyində Ali, onun kiçik bacısı Defne Zeren və uşaqların valideynləri - atası Tunç Ali Kemal və anası Tunç Kevser ilə görüşüb. Səmimi görüş qonaqlara xoş təsir bağışlayıb.


Görüşdə Azərbaycan və Türkiyə dövlətləri arasında münasibətlərin tarixindən, mədəniyyətindən, qarşılıqlı əlaqələrin inkişafından, ümummilli liderimiz Heydər Əliyevin söylədiyi kimi “Bir millət, iki dövlət” formatında əməkdaşlığımızdan bəhs edilib.


Görüşün sonunda Aliyə Azərbaycan Respublikasının Dövlət Bayrağı, ailə üzvlərinin hər birinə isə ölkəmizə məxsus müxtəlif hədiyyələr təqdim olunub.


Qonaqlar müraciətə qısa zamanda baxıldığına, Azərbaycanın Ankaradakı səfirliyinə dəvət olunduqlarına və burada şahidi olduqları səmimiyyətə, mehribanlığa görə dərin təşəkkürlərini bildiriblər.


Tunç Ali Mert və ailə üzvləri COVİD-19 virusu bitdikdən sonra, Azərbaycana gəlmək arzusunda olduqlarını bildiriblər.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar