"Xatiko"nun yolunu gedən it xəstə sahibini gözləyir (VİDEO)

Oxunma sayı: 648
Dünya       10 İyul 2020, 13:16
"Xatiko"nun yolunu gedən it       xəstə sahibini gözləyir (VİDEO)

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Peruda it bir həftədir koronavirusa yoluşmuş sahibini xəstəxana önündə gözləyir.

 

Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, Peruda Firu adlı it bir həftəni xəstəxananın yanında keçirib. Həkimlər düşünürlər ki, heyvan koronavirusla xəstəxanaya yerləşdirilmiş sahibini gözləyir.

 

Qeyd edilib ki, "Guillermo Almenara Yrigoyen" xəstəxanası paytaxtının kənarında yerləşir. Həkimlərin özləri itə bu ad veriblər. Tibb işçilərinin fikrincə, o, mehriban bir ürəyə sahib olan çox sadiq bir itdir.

 

"İndi bizdə havalar sərindir, buna görə bir nəfər gödəkçəsini itə verib. İnsanlar itin insanın ən yaxşı dostu olduğunu söylədikləri üçün bu həmişə rəğbət bəsləyirlər. Bu həqiqətdir " deyə xəstəxana işçisi Qizella Mondraqon bildirib.

 

Köpək ona qarşı olan diqqətin artmasına baxmayaraq ayrılmaq niyyətində deyil və taleyi məlum olmayan sahibini kədərli gözlərlə gözləməyə davam edir. Heyvanın yeni bir ailəyə aparılması istisna deyil.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar