Rusiya Formula 1 keçirəcəyini rəsmiləşdirdi

Oxunma sayı: 495
İdman       10 İyul 2020, 14:33
Rusiya Formula 1 keçirəcəyini rəsmiləşdirdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Formula 1" rəhbərliyi mövsümün təqviminə daha iki yarışın daxil edildiyini rəsmən açıqlayıb.


Azmedia.az xəbər verir ki, bunlar Toskana və Rusiya Qran Priləridir.


11-13 sentyabrda Mudjelloda ilk dəfə təşkil olunacaq yarış İtaliyanın Toskana bölgəsinin adını daşıyacaq. Soçi Qran Prisi isə sentyabrın 25-27-də keçiriləcək. Bununla da rəsmi təqvimə daxil edilən yarışların sayı 10-a çatıb.


Qeyd edək ki, iyulun 3-də Avstriyada “Red Bull” trasında start götürən mövsüm Şpilberqdəki  Ştiriya Qran-Prisi ilə davam etdiriləcək. Bundan sonra Macarıstanda bir, Böyük Britaniyada 2 mərhələ təşkil olunacaq. İspaniya, Belçika və İtaliyada da mərhələlər keçiriləcək.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar