Qadın 2 həftə tundrada dolaşaraq sağ qalıb

Oxunma sayı: 539
Dünya       10 İyul 2020, 15:33
Qadın 2 həftə           tundrada dolaşaraq sağ qalıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Çukotka şəhərindəki tundrada iki həftə gəzən və bitki yeyən qadın tapılıb. 


Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Berinqiya Milli Parkının işçiləri tərəfindən aşkarlanıb.

 

Rumilet körfəzində, yollardan və yaşayış məntəqələrindən uzaq bir yerdə durbin vasitəsilə hərəkətli bir nöqtə qeyd edilib. Daha yaxından baxdıqdan sonra heyət bunun bir insan olduğunu başa düşüb. "Qadın silueti çox yavaş-yavaş hərəkət edib. Məlum olub ki, bu, iki həftədən çox  itkin düşmüş Yanrakinnot kəndinin 35 yaşlı sakinidir. Qadın çox zəif idi, bütün bu müddətdə tundrada tək gəzib, dediyinə görə bitkilərlə qidalanıb", deyə parkdan bildirilib.

 

Berinqiya işçiləri qadını ən yaxın polis bölməsinə aparıblar.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar