Tramp Nyu Yorkun merinə bərk qəzəblənib VİDEO

Oxunma sayı: 501
Dünya       10 İyul 2020, 16:12
Tramp Nyu Yorkun merinə      bərk qəzəblənib VİDEO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ prezidenti Donald Tramp, prospektlərin birində yazılan parlaq sarı yazıya görə Nyu York merini tənqid edib.

 

Azmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, o, "Tramp Tower" göydələninin yaxınlığındakı 5-ci prospektdə "Black Lives Matter" (“Qaradərilərin həyatı önəmlidir”) hərəkatının əsas şüarı olan yazıda iştirak edən Nyu York Bələdiyyə Başçısı Bill de Blazionu tənqid edib.

 

Bu yaxınlarda Twitter-də merin və ABŞ-dakı qaradərilərin hüquq-müdafiəsi fəalı, təbliğatçı El Şarptonun, eləcə də bir neçə onlarla könüllünün parlaq sarı rəngli “Black Lives Matter” yazısını göstərən fotoşəkil yayılıb. Mətn yolun hərəkət hissəsinin üçdə birini əhatə edib və "Trump Tower"in pəncərələrindən aydın görünür.

 

“Mer de Blaziodan çox məmnun idim. Ona koronavirusla mübarizədə lazım olan hər şeyi verdim: qurğular, tibbi xalatlar, qoruyucu maskalar, ekranlar. Mən onunla dəfələrlə danışdım və o, çox mehriban idi və indi böyük bir "Black Lives Matter" yazısını çəkib. Burada olan bütün mağaza sahibləri qəzəblidirlər, bütün şəhər qəzəblidir", - deyə Tamp çıxış edib.

 

Prezident, bunu brend dükanlar və bahalı daşınmaz əmlakla tanınan məşhur şəhər ərazisini uçuzlaşdırmaq cəhdi kimi qiymətləndirib.

 

 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar