Sonuncu pasiyenti sağaldıb COVID-19 xəstəxanasını bağladılar - FOTO

Oxunma sayı: 580
Dünya       10 İyul 2020, 17:00
Sonuncu pasiyenti sağaldıb COVID-19 xəstəxanasını bağladılar      - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Birləşmiş Ərəb Əmirlikləri koronavirus pandemiyasına qalib gəlmək yolunda inamla addımlayır.

 

Azmedia.Az xəbər verir ki, Dubayda COVID-19 xəstələri üçün ayrılmış xəstəxananın sonuncu pasiyenti evə buraxılıb.

 

Həmin xəstə Yaponiya vətəndaşı Hiroaki Fudzita olub. Xəstəxananın tibbi heyəti sonuncu pasiyenti gül dəstələri və alqışlarla yola salıb. Daha sonra xəstəxananın fəaliyyəti dayandırılıb. Lakin ikinci dalğa ehtimalına qarşı avadanlıqlar olduğu kimi saxlanılıb.

 

Hazırda BƏƏ-nin paytaxtı Əbu-Dabi və Şaryax şəhərlərində COVID-19 xəstələrinin müalicəsi davam edir.

 

Son rəqəmlərə görə, BƏƏ-də 53 min 577 nəfər koronavirusa yoluxub, 328 nəfər ölüb. 43 min 570 nəfər sağalıb. Hazırda 9 min 679 aktiv koronavirus xəstəsi var. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar