Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin olundu

Oxunma sayı: 404
İdman       10 İyul 2020, 16:56
Canni De Byazi Azərbaycan millisinə baş məşqçi təyin olundu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin videokonfrans formatında iclası keçirilib. Aparılmış müzakirələrdən sonra Azərbaycan millisinin baş məşqçi postuna kimin təyin olunacağına qərar verilib.


Azmedia.az xəbər verir ki, COVİD-19 pandemiyası əlaqədar yaranmış mövcud vəziyyət nəzərə alınaraq AFFA tərəfindən irəli sürülən xüsusi şərtlərlə razılaşacağı təqdirdə, Canni De Byazi ilə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə təyinatla bağlı müqavilə imzalanmasına qərar verilib.


Arif Əsədov isə baş məşqçinin köməkçisi təyin olunub. Müqavilənin digər şərtlərinin müəyyənləşdirilməsi məqsədilə danışıqlar davam etdiriləcək. 


AFFA-nın irəli sürdüyü xüsusi şərtlərə pandemiya ilə əlaqədar beynəlxalq oyunlar təxirə salınarsa və ya baş məşqçinin Azərbaycana gəlməsi ilə bağlı çətinliklər yaranarsa, maliyyə risklərinin nəzərə alınması daxildir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar