Qadını və görüşdüyü kişini öldürüb, bədənlərini hissələrə ayırdılar - Sahildə ŞOK OLAY - FOTO

Oxunma sayı: 545
Dünya       10 İyul 2020, 17:59
Qadını və görüşdüyü kişini öldürüb, bədənlərini hissələrə ayırdılar     - Sahildə ŞOK OLAY - FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ-ın Vaşinqton ştatının Sitl şəhərində bir qrup gənc, sahildəki qayalıqlarda sahibsiz bir çuval tapıblar.

 

Azmedia.Az  xarici KİV-ə istinadən xəbər verir ki, çuvalı açan gənclər həyatlarının şokunu yaşayıblar. Gənclərin pul olduğunu zənn edərək açqıqları çuvaldan insan bədəninin hissələri aşkarlanıb.

 

İyunda baş verən olayda, gənclər çuvalı açdıqları anları kameraya çəkərək TikTok adlı sosial şəbəkədə paylaşıblar. Gənclərin bu paylaşımı polisləri araşdırmağa başlamağa vadar edib.

 

Sitl polisi cəsədi ekspertizaya təhvil verib. Aparılan analizlərdən sonra bədən hissələrinin 35 yaşlı Cessika Levis və 27 yaşlı sevgilisi Austin Vennerə məxsus olduğu üzə çıxıb. Levis və Vennerin bədənləri hissələrə parşalanmamışdan öncə bir neçə dəfə onlara atəş açılaraq öldürüldükləri də tibbi ekspertizanın araşdırmasında məlum olub.

 

Levis və 27 yaşlı sevgilisi Austin Kaş Vennerin 8 ildir birlikdə olduqları məlumatları təsdiqini tapıb. Qeyd edək ki, Levis adlı qadın 4 uşaq anası idi.

 

Polisin araşdırması cinayəti törədənlərin kimliyini müəyyənləşdirməsində hələ ki, heç bir nəticə vermir.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar