COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...

Oxunma sayı: 349
Dünya       10 İyul 2020, 19:11
COVID-19 pasportu tərtib edildi - Artıq səyahət edərkən...

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Danimarka vətəndaşları üçün COVID-19 pasportu tərtib edib.



Yetkinlik yaşına çatmış bütün Danimarka vətəndaşları xarici səyahətlərdə istifadə edilə biləcək pasportu ölkənin milli səhiyyə vebsaytından pulsuz yükləyə biləcək.



Pasportu almaq üçün öncəliklə "coronaprover.dk" vebsaytına testdən keçmək üçün müraciət etmək lazımdır. Cavab neqativ çıxarsa, "NemID" rəqəmsal proqramı müdaxilə edir və milli səhiyyə vebsaytına daxil olunaraq rəsmi koronavirus sertifikatı yüklənir.



Pasport sayəsində danimarkalılar test nəticələrini tələb olunan hər yerdə rahat şəkildə göstərə biləcək.



Valideynlər öz "NemID"lərindən istifadə edərək uşaqları üçün də COVID-19 pasportu çıxara biləcək.



Ümumdünya Səhiyyə Təşkilatı koronavirusa yoluxan və sağalan şəxslərin, həmçinin, test nəticələri neqativ çıxanların COVID-19 pasportu kimi sənədlər çıxarmaması mövzusunda xəbərdarlıq edib. Buna səbəb xəstəliyə yenidən yoluxma riskinin olmamasının elmdə sübutunun tapılmaması göstərilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar