Millət vəkili hərbi xidmətə yollanan gənclərlə onlayn görüş keçirib

Oxunma sayı: 468
Cəmiyyət       11 İyul 2020, 14:15
Millət vəkili hərbi xidmətə yollanan gənclərlə     onlayn görüş keçirib

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Millət vəkili Şahin Seyidzadə hərbi xidmətə yollanan gənclərlə onlayn görüş keçirib.

 

Azmedia.az Sfera.az-a istinadən xəbər verir ki, bu haqda deputatın özü məlumat verib:

 

"SABAH məzunları həqiqi hərbi xidmətə yollanır!

 

Mövcud pandemiya dövrünü və xüsusi karantin rejiminin şərtlərinə əsasən, 2020-ci ildə SABAH qruplarının məzunları sırasından həqiqi hərbi xidmətə yollanaraq, vətənin keşiyini müxtəlif qoşun növlərində çəkəcək gənclərlə keçirilən qeyri-formal onlayn görüşdə iştirak etdim.

 

SAvadlı, BAcarıqlı və Hazırlıqlı məzunlar, Azərbaycan Respublikası Milli Məclisində təmsil etdiyim Abşeron və Qobustan gəncləri timsalında, bütün Azərbaycan gənclərinə hərbi həyatda uğurlar arzulayıram! Mən inanıram ki, bütün vətənpərvər gənclərimiz hərbi nizam-intizam qaydalarına riayət edəcək, şərəf və ləyaqətlə Vətənin keşiyində layiqincə duracaqdır. Sağ-salamat!”

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar