Paytaxtda nəzarət-profilaktik tədbirləri davam etdirilir

Oxunma sayı: 226
Cəmiyyət       12 İyul 2020, 15:15
Paytaxtda nəzarət-profilaktik tədbirləri davam etdirilir

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Koronavirus (COVID-19) infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə paytaxtda iri supermarketlər şəbəkələrində, apteklərdə və fəaliyyətinə icazə verilən digər qapalı məkanlarda, yollarda gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

Azmedia.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edənlər, eləcə də tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etməyən şəxslər aşkarlandıqda həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir.

Nazirlik vətəndaşların tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, o cümlədən tibbi maskalardan istifadə etmələrinin vacibliyini bir daha bildirir. Eləcə də fəaliyyətinə icazə verilən qapalı məkanlarda xidmət personallarından qaydalara əməl etmələri tələb olunur.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar