Xalq artisti Nəzakət Teymurova koronovirusa yoluxdu?

Oxunma sayı: 251
Şou biznes       12 İyul 2020, 15:31
Xalq artisti Nəzakət Teymurova    koronovirusa yoluxdu?

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Xalq artisti Nəzakət Teymurova koronavirus infeksiyasına yoluxub.

Azmedia.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu haqda aparıcı Hacı Nuran Hüseynov məlumat verib.

O bildirib ki, xanəndənin vəziyyəti ağırdır: "Dünyanı cənginə alan koronavirus bəlası bizdən də yan ötmədi.Tanıdıqlarımıza, dosta, yoldaşa bulaşdı. İnsanın içini gəmirən bu ağır xəbərlərdən biri də sevimli insan, gözəl xanəndə, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Azərbaycan Respublikasının xalq artisti, Prezident mükafatçısı Nəzakət Xosrov qızı Teymurova ilə bağlı oldu. Ondan koronavirusa yoluxduğunu eşidəndə qulaqlarıma inanmadım. Axı Nəzakət Teymurova çox ehtiyatlı idi. Amma nə edəsən ki, reallıq öz sözünü deyir. Nəzakət Teymurovanın vəziyyəti çox ağırdır. Hələ xəstəxanaya yerləşdirlməyib. Amma necə olursa olsun, onun virusa qalib gələcəyinə əminəm. Çünki bir Qarabağlı qızı koronaya elə-belə təslim ola bilməz. Azərbaycan muğam sənətinin bənzərsiz səsi olan, səhnəmizin Leylisinin bu gün tamaşaçılarının, doğmalarının, dostlarının dualarına ehtiyacı var .Allah səni sevdiklərin üçün qorusun, gözəl insan”.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar