Birinci vitse-prezident Mehriban Əliyeva Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

Oxunma sayı: 353
Cəmiyyət       12 İyul 2020, 15:51
Birinci vitse-prezident Mehriban Əliyeva      Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVID-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb.

Azmedia.az AZƏRTAC-a istinadən xəbər verir ki, Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVID-19-la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.

Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.

Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində Əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar