"Tarixdəki ən korrupsioner prezident..." - ABŞ senatoru

Oxunma sayı: 149
Dünya       12 İyul 2020, 16:21
"Tarixdəki ən korrupsioner prezident..."     - ABŞ senatoru

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

ABŞ prezidenti Donald Tramp keçmiş müşaviri, lobbiçi və köhnə dostu Roger Stounun həbs cəzasını ləğv edib.

 

Azmedia.az xəbər verir ki, Roger Stoun ABŞ-da keçirilən prezident seçkilərinə "Rusiyanın müdaxiləsi ehtimalı" üzrə aparılan məhkəmə işində şahidlərə təzyiq və saxta ifadə verdiyinə görə həbs edilmişdi.

Trampın əleyhdarları prezidentin hərəkətlərini demokratiya və icra hakimiyyətinin məhkəmə sisteminə müdaxiləsi adlandırıblar.

Prezident sərəncamına görə, "ona bu məsələdə başqaları kimi olduqca ədalətsiz münasibət göstərilib. İndi Roger Stoun azad bir insandır! "

Stoun öz növbəsində "Prezident həyatımı xilas etdi" deyərək, Trampa təşəkkürünü bildirib

Trampın bu qərarı isə əlehidarlarının tənqid və qəzəb dalğasına səbəb olub. Onlar prezidenti, özünü qanundan üstün tutmaqda ittiham edirlər. Hətta senator Elizabet Uorren Trampı "tarixdəki ən korrupsioner prezident" adlandırıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar