Donald Tramp da maskalandı

Oxunma sayı: 179
Dünya       12 İyul 2020, 19:45
Donald Tramp da maskalandı

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Pandemiya dövründən bəri ilk dəfə olaraq ABŞ prezidenti Donald Tramp kameralar qarşısında maska ​​ilə görünüb.

 

Hərçənd ki, səhiyyə işçiləri artıq xeyli vaxt idi ki, prezidentə koronavirusdan qorunmaq üçün maskadan istifadə etməyi tövsiyə edirdilər.

Əvvəllər Donald Tramp həkimlərin bu tövsiyələrinə cavab olaraq bildirmişdir ki, maska taxmağın əleyhinə olmasa da, özü heç vaxt bundan istifadə etməyəcək. Hətta o, maska taxacağı təqdirdə, 2013-cü ildə ekranlara çıxmış "Odinokiy reyncer" filmindəki Qore Verbinskiyə oxşayacağı zarafatını da etmişdir.

Lakin, şənbə günü Covid-19 xəstələrinə qulluq edən yaralı hərbi və tibb işçiləri ilə görüşmək üçün Vaşinqtonun ətrafındakı "Walter Reed" Hərbi Xəstəxanasına gedən ABŞ prezidenti, kameralar önünə maska ilə çıxıb.

"Düşünürəm ki, maska ​​taxmaq əladır. Mən heç vaxt maska taxmağa qarşı olmamışam, amma həqiqətən hər şeyin vaxtının və yerinin olduğunu düşünürəm" deyən Donald Tramp helikopterlə Ağ Evdən ayrılıb. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar