Vüqar Zifəroğlu: "Aya Sofiya qədim ibadətgah üzərində tikilmiş bir məbəddir..."

Oxunma sayı: 398
Açıqlama       12 İyul 2020, 20:30
Vüqar Zifəroğlu:    "Aya Sofiya qədim ibadətgah üzərində tikilmiş bir məbəddir..."

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İstanbulun mərkəzində yerləşən Aya Sofiya muzeyinə yenidən məscid statusu verilməsi, dünya ölkələrində birmənalı qarşılanmayıb.

 

Qeyd edək ki, 537-ci ildə Konistantinopolda tikilən provaslav kilsəsi, 1453-cü ildə şəhərin Osmanlılar tərəfindən fəthindən sonra məscid kimi fəaliyyət göstərib. Yalnız 1935-ci ildə Türkiyə Respublikasının ilk Prezidenti Mustafa Kamal Atatürkün əmri ilə Aya Sofiya (Müqəddəs Sofiya) muzeyə çevrilib. 1985-ci ildə isə Bizansdan qalma bu möhtəşəm məbəd YUNESKO-nun bəşəriyyətin irsi siyahısına daxil edilib.

 

Bu ildən isəTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təlimatına əsasən, Aya Sofyanın muzey statusu ləğv edilib və məscid kimi fəaliyyət göstərməsi üçün əlavə təmir işlərinə başlanılıb. Bu barədə Türkiyənin Dövlət Şurasının açıqlama verib.

Məsələ ilə bağlı azmedia.az-ın sorğusunu cavablandıran yaxın şərq üzrə ekspert Vüqar Zifəroğlu bildirib ki, əslində Aya Sofiya qədim ibadətgah üzərində tikilmiş bir məbəddir. İbadətgahların zamana və dövrə görə təyinatının dəyişməsi adi haldır. Ekspert, İspaniya da daxil olmaqla bir sıra avropa ölkələrində qədim məscidlərin hazırda kilsə kimi fəaliyyət göstərməsini buna misal olaraq gətirib. Mustafa Kamalın Aya Sofiyanın statusunun muzey kimi müəyyən edilməsi qərarının bu gün ləğv edilməsinə aydınlıq gətirən Vüqar Zifəroğlu, bunun Türkiyənin yerləşdiyi geosiyasi ərazidə mövcud olan mənzərəylə bağlı olduğunu bildirib. Ekspertin fikrincə, bəzi dünya ölkələrinin bu qərarla bağlı manipulyasiya cəhdləri yersizdir. Aya Sofiya yenə də bütün dindən olan ziyarətçilərin üzünə açıqdır və tarixi abidə olaraq mahiyyətini saxlamaqdadır. 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar