Məşhur hind aktrisası və qızı da koronavirusa yoluxdu

Oxunma sayı: 625
Xarici       13 İyul 2020, 10:00
Məşhur hind aktrisası və qızı da     koronavirusa yoluxdu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Hindistanlı aktrisa Ayşvariya Ray Baççan və səkkiz yaşlı qızı Aradhinin koronavirus testi müsbət çıxıb.

 

Azmedia.Az  AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Baççan ailəsinin yaşadığı Maharaştra ştatının Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata əsasən, Ayşvariya Rayın qayınatası, aktyor Amitabah Baççan, eləcə də aktyor və rejissor olan əri Abhişek Baççan koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Aktrisa bundan sonra test verib.

 

Hazırda Baççan ailəsinin Mumbay şəhərindəki iqamətgahı bağlanıb, orada yaşayanlar və işləyənlər iki həftəlik karantinə yerləşdirilib.

 

Hindistanlı fotomodel və aktrisa, "Dünya gözəli - 1994" müsabiqəsinin qalibi Ayşvariya Ray Baççan 46 yaşında olmasına baxmayaraq hələ də dünyanın ən gözəl qadınları reytinqlərində təmsil olunur. O, "Məhəbbət ritmləri", "Devdas", "Codha və Əkbər", "Robot" və başqa filmlərdə çəkilib.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar