Sabiq nazirin anası və həyat yoldaşı vəfat etdi

Oxunma sayı: 502
Cəmiyyət       13 İyul 2020, 10:32
Sabiq nazirin anası və həyat yoldaşı vəfat etdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, “İmproteks Şirkətlər Qrupu”nun rəhbəri Füzuli Ələkbərova ağır itki üz verib.

 

Azmedia.az xəbər verir ki, F.Ələkbərovun anası Rubiyyə Ələkbərova və həyat yoldaşı İradə Ələkbərova  dünyasını dəyişib.

 

“Rubiyyə Ələkbərova və İradə Ələkbərova koronavirusdan vəfat etməyib. Rubiyyə Ələkbərova yaşlı qadın idi. İradə xanım isə bir müddət əvvəl koronavirusa yoluxsa da, müalicə olunaraq sağalmışdı. Amma sağaldıqdan sonra insult keçirmişdi və buna görə də həkimlər onun həyatını xilas edə bilmədi”, məlumatda bildirilib.

 

Qeyd edək ki, F.Ələkbərov 2006-2013-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri vəzifəsində çalışıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar