Rusiyadan SENSASİYA: 12 iyul Ermənistanın süqutunun başlanğıcı olacaq, heç Moskva da kömək etməyəcək

Oxunma sayı: 518
Siyasət       13 İyul 2020, 10:44
Rusiyadan SENSASİYA:     12 iyul Ermənistanın süqutunun başlanğıcı olacaq, heç Moskva da kömək etməyəcək

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

12 iyul 2020-ci ildə Tovuz istiqamətində Ermənistan tərəfindən təşkil olunmuş hərbi təxribatdan sonra təmas xəttində münaqişənin başlama ehtimalı kəskin şəkildə artır.

 

Azmedia.az  xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında rusiyalı siyasi ekspert Denis Korkodinov deyib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülhün təmin edilməsi yalnız iki şərtin mövcud olduğu halda baş verə bilər - işğal olunmuş Azərbaycan torpaqlarının tam azad edilməsi və atəşkəsin təmin olunması:

"Lakin Ermənistan bu şərtləri qətiyyən qəbul etmir və Azərbaycana qarşı müntəzəm olaraq təxribatlar törədir. Təxminən 30 il ərzində Bakı münaqişəni siyasi yolla nizamlamağa çalışırdı. İndi isə 12 iyul Ermənistanın süqutunun başlandığı gün ola bilər. Bakı son dərəcə qətiyyətli mövqedədir. Bu dəfə Ermənistanın köməyinə Moskva da daxil olmaqla, heç bir dövlət gəlməyəcək”, - deyə həmsöhbət qeyd edib.
 

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar