Təxliyyə edilən Azərbaycan vətəndaşları Tbilisidən yola salınıb - YENİLƏNİB + FOTO

Oxunma sayı: 505
Ölkə       13 İyul 2020, 11:37
Təxliyyə edilən Azərbaycan vətəndaşları Tbilisidən yola salınıb       - YENİLƏNİB + FOTO

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Gürcüstandan təxliyə edilən 200 Azərbaycan vətəndaşı Tbilisidən yola salınıb.

 

Azmedia.az   apa-ya istinadən xəbər verir ki, təxliyyə edilən vətəndaşlar bu dəqiqələrdə paytaxt Tbilisidən dörd xüsusi avtobusla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınıblar.

 

Onları Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edirlər.

 

09:38

 

Gürcüstandan daha 200 Azərbaycan vətəndaşı təxliyyə edilir.

 

Azmedia.az  apa-ya istinadən xəbər verir ki, təxliyyə edilən şəxslər hazırda Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısına toplanır.

 

Onlar saat 10:00-da buradan xüsusi avtobuslarla Sınıq Körpü sərhəd-keçid məntəqəsinə yola salınacaq.

 

Qeyd edək ki, təxliyyə ediləcək vətəndaşlar iyulun 11-də Tbilisidəki klinikalardan birində PCR testindən keçirilib və onların heç birində COVID-19 virusu aşkarlanmayıb.

 

Təxliyyə edilənlərin Azərbaycanda karantinə alınmayacağı və onlara qeydiyyatda olduqları bölgələrə getmələri üçün bir günlük sərbəst hərəkət icazəsi veriləcəyi bildirilib.

Fotoları təqdim edirik
Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar