Bakıda şirkətin anbarı qarət olundu

Oxunma sayı: 465
Hadisə       13 İyul 2020, 12:22
Bakıda şirkətin anbarı qarət olundu

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Bakıda anbar qarət edilib.

 

Azmedia.az  trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu, A.Abbaszadə küçəsində baş verib.

 

Həmin küçədə yerləşən şirkətlərdən birinin anbarına daxil olan naməlum şəxslər oradan 4200 manat dəyərində 20 min 500 ədəd künclük və 9 min 500 ədəd sıxıcı vasitə oğurlayıb.

 

Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - 1999-cu il təvəllüdlü Yusif Həsənov, 1994-cü il təvəllüdlü Fərid Şıxıyev və Lənkəran şəhər sakini, 1994-cü il təvəllüdlü Təbriz Həsənov saxlanılıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar