Qida təhlükəsizliyi ilə bağlı monitorinq və qiymətləndirilmə aparılıb

Oxunma sayı: 533
Cəmiyyət       13 İyul 2020, 12:57
Qida təhlükəsizliyi ilə bağlı           monitorinq və qiymətləndirilmə aparılıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) “Azərbaycan Respublikasında qida təhlükəsizliyinin təmin edilməsinə dair 2019-2025- ci illər üçün Dövlət Proqramı”nın 2019-cu il üzrə icra nəticələrinə dair monitorinq və qiymətləndirmə hesabatı hazırlayıb.

 

Azmedia.az “Report”-a istinadən xəbər verir ki, nəticələr barədə İİTKM-in icraçı direktorunun müavini Ramil Hüseyn məlumat verib.

 

O qeyd edib ki, Dövlət Proqramının 2019-cu il üzrə icrası 44 indikator üzərindən 84 faiz səviyyəsində qiymətləndirilib:

"Bu, indiyə qədər monitorinq və qiymətləndirilməsi aparılan Dövlət Proqramları arasında ən yüksək icra faizi olmaqla yanaşı nəticəəsaslı qiymətləndirilməsi aparılan ilk Dövlət Proqramıdır. Yəni qiymətləndirmə hər bir tədbir üzrə görülmüş işlər əsasında (fəaliyyət əsaslı) deyil, görülən işlərin yaradacağı nəticələr əsasında (nəticəəsaslı) aparılıb".

 

Eyni zamanda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi üzrə 40 indikatora görə icra faizi 82 faiz müəyyən edilib. Dövlət Proqramının monitorinq və qiymətləndirilməsi çərçivəsində 12 əsas prioritet üzrə 2019-cu ildə icra edilmiş fəaliyyətlərin qiymətləndirilməsi aparılıb. 

 

Ümumilikdə 2019-cu il ərzində hədəflərə nail olunması planlaşdırılmış 12 prioritetdən 8-i üzrə tam, 4-ü üzrə isə əsasən nəticələrə nail olunub. İcra olunan əsas fəaliyyətlər üzrə məsul qurumlar AQTA və Kənd Təsərrüfatı Nazirliyidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar