Canni de Byazi: "İşləmək üçün az vaxtım olacaq"

Oxunma sayı: 557
İdman       13 İyul 2020, 13:10
Canni de Byazi: "İşləmək üçün az vaxtım olacaq"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

"Təklif ciddi olduğu, eyni zamanda yerli assosiasiya rəhbərləri etibarlı olduqlarını sübut etdikləri üçün bu seçimi etdim. Gələcək barədə düşüncəsi olan, futbol baxımından böyüyən bir ölkəyə gedirəm. Onlarla ilk təmas fevralda olmuşdu, pandemiya səbəbindən sonra danışıqlar dayandırıldı. İndi yenidən nəfəs ala bildiyimizə görə, danışıb razılaşdıq".


Azmedia.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi deyib.


Ölkəsinin mətbuatına danışan italiyalı mütəxəssis iş prosesindən söz açıb: "Müqavilə müddəti 2021-ci ilin sonuna qədərdir. Avqustun əvvəlində orada olacağam. Təəssüf ki, işləmək üçün az vaxtım olacaq, daha çoxunu istəyərdim. Amma koronavirus hamımızı dayanmağa vadar etdi. İlk oyunumuzu sentyabrın 5-də Millətlər Liqasının qrup mərhələsində Lüksemburqa qarşı keçirəcəyik. Qrupumuzda Kipr və Monteneqro da var".

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar