DİN Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Oxunma sayı: 569
Hadisə       13 İyul 2020, 14:12
DİN Müşfiqabadda baş verən silahlı insidentlə bağlı məlumat yayıb

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Daxili İşlər Nazirliyi Müşfiqabadda baş vermiş silahlı insidentlə bağlı məlumat yayıb.

 

Nazirliyinin mətbuat xidmətindən  Azmedia.az-a verilən xəbərə görə, iyulun 10-da Müşfiqabad qəsəbəsi ərazisində bir nəfərin odlu silahdan açdığı atəşlə Bakı şəhər sakinləri F.Qasımova və Ə.Mikayılova xəsarət yetirməsi barədə Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə məlumat daxil olub.

 

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

 

Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla F.Qasımovun “Makarov” markalı tapança ilə ehtiyatsız davranmasından açılmış atəşlə özünün və Ə.Mikayılovun ayaq nahiyəsinə xəsarət yetirməsi müəyyən edilib.

 

F.Qasımovun yaşadığı evin həyətindəki yardımçı təsərrüfata baxış zamanı oradan nömrəsi silinmiş “Makarov” markalı tapança və patron darağı aşkar edilərək götürülüb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar