Gədəbəy sakini əmisini qətlə yetirdi

Oxunma sayı: 488
Kriminal       13 İyul 2020, 14:28
Gədəbəy sakini əmisini qətlə yetirdi

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyulun 12-də saat 17 radələrində Gədəbəy rayonunun Qurudərə kəndinin sakini Oruc Abbas oğlu İsgəndərovun yaşadığı ünvanda qəsdən öldürülməsi, arvadı Sənubər İsgəndərovanın isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

 

Gədəbəy Rayon Prokurorluğundan  Azmedia.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.

 

İlkin istintaqla cinayətin mərhum Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Arzu İsgəndərov Cinayət Məcəlləsinin qeyd edilən maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

 

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar