Nazir: “Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”

Oxunma sayı: 665
Ölkə       13 İyul 2020, 13:42
Nazir:         “Ermənistanın təxribatı üçüncü ölkələri münaqişəyə cəlb etmək məqsədi güdür”

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycan-Ermənistan sərhədində baş verənlərdən ciddi narazılığını bildirib, Ermənistanın bu yeni təxribatını təcavüz aktı kimi qiymətləndirib.

 

Azmedia.az-ın xəbərinə görə, bu barədə E. Məmmədyarov ATƏT-in Minsk Qrupunun Rusiya Federasiyasından olan həmsədri İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə telefon söhbətləri zamanı bildirib.

 

E. Məmmədyarov Ermənistanın məqsədyönlü şəkildə həyata keçirdiyi bu təxribatın üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etmək və Ermənistan cəmiyyətinin daxili problemlərdən fikrini yayındırmaq məqsədi güddüyünü qarşı tərəfin diqqətinə çatdırıb.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar