Sabah yağış yağacaq

Oxunma sayı: 507
Hava       13 İyul 2020, 15:19
Sabah yağış yağacaq

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən  Azmedia.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində bəzi yerlərdə yağış yağacağı gözlənilir.

 

Cənub-qərb küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 22-25,  gündüz 29-33, Bakıda  gecə 23-25, gündüz 31-33 dərəcə isti olacaq.

 

Atmosfer təzyiqi normadan aşağı 751 mm civə sütunundan 755 mm civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

 

Abşeron çimərliklərində arabir güclənən şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.  

 

İyulun 14-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu  gecə 20-25, gündüz 32-37, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə  isti olacaq.

 

İyulun 14-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar