MN rəsmisi: "Azərbaycan ordusu hal-hazırda... düşmənə qarşı cəza tədbirləri həyata keçirir"

Oxunma sayı: 449
Ölkə       13 İyul 2020, 14:45
MN rəsmisi:        "Azərbaycan ordusu hal-hazırda... düşmənə qarşı cəza tədbirləri həyata keçirir"

Sizin reklam yeriniz     Ölçü: 679x60

(+994 50) 721 55 55

Səhər saatlarında bölmələrimiz tərəfindən həyata keçirilən cavab tədbirləri nəticəsində, düşmənin dərinlikdə yerləşən dayaq məntəqələrinə, artilleriya qurğularına, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirilib.

 

Azmedia.az xəbər verir ki, Müdafiə Nazirliyinin sözçüsü Vaqif Dərgahlı cəbhədə olan son vəziyyətlə bağlı mətbuat üçün verdiyi açıqlamasında belə deyib. Onun sözlərinə görə, endirilən cavab zərbələri nəticəsində düşmən xeyli sayda itki verib və yəqin ki, gün ərzində bu barədə daha ətraflı məlumat olacaq.

 

Vaqif Dərgahlı eyni zamanda sosial şəbəkələrdə yayılan əsassız və dəqiqləşməyən məlumatlara da münasibət bildirərək qeyd edib ki, heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır. Azərbaycan ordusunun əsgərləri hal-hazırda olduqları mövqedə dayanır və düşmənə qarşı cəza tədbirləri həyata keçirir.

Paylaş
Loading...
Xəbər lentİ
Çox oxunanlar